AZ EN RU

Azərbaycanın Türkiyədəki səfirliyində seçki məntəqələri yaradılıb

7 fevral 2024-cü il tarixində keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı Azərbaycanın Türkiyədəki səfirliyində seçki məntəqələri yaradılıb. "Şərq qapısı" Secki-2024.az saytına istinadən xəbər verir ki, bu barədə Səfirliyin “X” platformasındakı səhifəsində bildirilib.
 “7 fevral 2024-cü il tarixində keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə bağlı Səfirliyimizdə 17 saylı Yasamal üçüncü seçki dairəsinin 46 və 47 saylı seçki məntəqələri yaradılıb”, – məlumatda qeyd edilib.

Nəşr edilib : 05.02.2024 22:23