AZ EN RU

Azərbaycanın səfiri etimadnaməsini Trinidad və Tobaqonun prezidentinə təqdim edib

Azərbaycanın Braziliya, Qayana, Surinam və Ekvadordakı səfiri Rəşad Novruz etimadnaməsini Trinidad və Tobaqo Respublikasının Prezidenti Kristin Karla Kanqaloya təqdim edib.

Bu barədə səfiri "X"də paylaşım edib.

"Mən fəxr edirəm ki, bu gün etimadnaməmi Trinidad və Tobaqo Respublikasının Prezidenti Kristin Karla Kanqaloya təqdim etdim. İkitərəfli münasibətlərimizdəki işlərin və gələcək illərdə əməkdaşlığımızın gücləndirilməsi zərurətindən bəhs etmək imkanına görə minnətdaram", - deyə o paylaşımda qeyd edib.

Nəşr edilib : 05.06.2024 15:44