AZ EN RU

“Azərbaycanın regionlardakı ali təhsil müəssisələrinin beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsinə dəstək” layihəsinin ilk mərhələsi keçirilib

Azərbaycan Respublikasının Elm və Təhsil  Nazirliyinin dəstəyi və “Gələcəyə Körpü” GİB-in təşkilatçılığı ilə “Azərbaycanın regionlardakı ali təhsil müəssisələrinin beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsinə dəstək” layihəsinin ilk mərhələsi keçirilib. 
Təlimdə ali təhsil müəssisələrinin beynəlmiləlləşmə strategiyaları, mövcud vəziyyətin təhlili kimi mövzular izah olundu və iştirakçılarla praktik məşğələlər həyata keçirilib.
Qeyd edək ki, region universitetlerindən 20 nəfər əməkdaşın iştirak etdiyi layihədə Naxçıvan Dövlət Universitetini Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ruqiyyə Kərimova, Strateji inkişaf üzrə mütəxəssis Lətif Sadıqov və beynəlxalq əlaqələr şöbəsinin koordinatoru İlahə Hüseynova təmsil edib.

Məmmədbağır Dünyamalıyev 
NDU-nun Media və İctimaiyyətlə Əlaqələr bölməsinin əməkdaşı  və İctimaiyyətlə Əlaqələr bölməsinin əməkdaşı 

Nəşr edilib : 11.04.2024 15:14