AZ EN RU

Azərbaycanın müdafiə nazirinin İrana rəsmi səfəri davam edir

İran İslam Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizin İrandakı səfirliyini ziyarət edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, general-polkovnik Zakir Həsənov səfirliyin inzibati binasında ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla anıb.

Nəşr edilib : 26.01.2022 14:26