AZ EN RU

Azərbaycanın müdafiə naziri Birləşmiş Ərəb Əmirliklərinə səfərə gedib

Noyabrın 13-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən “Dubai Airshow – 2023” beynəlxalq sərgisində iştirak etmək məqsədilə bu ölkəyə səfər edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, səfər çərçivəsində general-polkovnik Z.Həsənovun konfrans və panel müzakirələrdə iştirakı nəzərdə tutulur.

Nəşr edilib : 13.11.2023 16:51