AZ EN RU

Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın qanunsuz fəaliyyəti

Ölkəmizin işğal altında olan ərazilərində erməni tərəfinin qeyri-qanuni fəaliyyətinin təməli 1988-ci il fevralın 20-də Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin yetərsayın olmadığı və Azərbaycanlı deputatların iştirak etmədiyi iclasında DQMV-nin Ermənistan SSR-ə birləşdirilməsi haqqında qərarı ilə qoyuldu. 1989-cu il dekabrın 1-də isə Ermənistan SSR-in Ali Soveti tərəfindən Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi haqqında qərar qəbul olundu. 1988-ci ilin yanvar ayından etibarən azərbaycanlıların indiki Ermənistan Respublikasının ərazisindən, öz tarixi torpaqlarından kütləvi deportasiyasına başlayaraq, Azərbaycan Respublikasının Dağlıq Qarabağ daxil olmaqla 20 faiz ərazisini işğal edib orada “etnik təmizləmə”, “yandırılmış ərazilər” prinsipini həyata keçirən erməni tərəfi həmvətənlərimizə qarşı kütləvi qətllər və soyqırım törətmiş, 1 milyondan artıq vətəndaşımızı öz yurd-yuvasından didərgin salmışdır. 1995-ci ildən etibarən işğal olunmuş ərazilərdəki qeyri-qanuni fəaliyyətini daha da genişləndirən erməni tərəfi narkotik maddələrin qanunsuz becərilməsi, istehsalı, dövriyyəsi, insan ticarəti, qanunsuz məskunlaşdırma, maddi-mənəvi sərvətlərin talan edilməsi, nüvə və radioaktiv tullantıların basdırılması və digər beynəlxalq cinayətlər törətməklə həmin əraziləri beynəlxalq, o cümlədən erməni terrorçularının sığınacaq yerinə və təlim-məşq bazasına çevirmiş, cəbhəyanı zonadan yüz kilometrlərlə uzaq yaşayış məntəqələrini əhatə edən terror-təxribat əməllərinin coğrafiyasını genişləndirmiş, bu cinayət əməllərinə Azərbaycanda yaşayan azsaylı xalqların nümayəndələrini də cəlb etmişdir.

Ermənistan Respublikası və separatçıların işğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyəti əsasən aşağıdakı istiqamətlərdə təzahür etmişdir:

Dağlıq Qarabağdakı separatçı-terrorçu qurum atəşkəs rejimindən istifadə edərək beynəlxalq aləmdə müstəqil dövlət kimi tanınmaq məqsədi ilə son illər ərzində zəruri “dövlət institutları” (“parlament”, “nazirliklər”, “ordu”, “komitə” və “idarələr”) təsis etmiş, bir neçə ölkədə öz «nümayəndəlik»lərini açmışdır. 2001-ci ilin mart ayından bu ərazilərdə yaşayan vətəndaşlara onların qondarma qurumun və Ermənistan Respublikasının vətəndaşı olduqlarını təsdiq edən yeni «pasportlar»m verilməsinə başlanmışdır.

         1989-1994-cü illərdə erməni separatçıları və terrorçuları tərəfindən Azərbaycan ərazisində 373 terror aktı törədilmiş, nəticədə 1568 nəfər ölmüş, 1808 nəfər yaralanmışdır. Azərbaycan Respublikası, eləcə də xarici ölkələrin məhkəmələri tərəfindən prosessual qaydada sübuta yetirilmişdir ki, həmin terror aktlarının 32-si Ermənistan Respublikasının xüsusi xidmət orqanlarının bilavasitə iştirakı ilə Azərbaycanın işğal olunmuş ərazilərindən istifadə edilməklə, cəbhə xəttindən yüz kilometrlərlə aralıda yerləşən yaşayış məntəqələrində həyata keçirilmişdir.

Azərbaycanda mülki əhaliyə qarşı terrorçu fəaliyyətin bilavasitə Ermənistan Respublikasının dövlət orqanları və separatçı qurum tərəfindən üçüncü ölkə vətəndaşları, Azərbaycan Respublikasının azsaylı xalqlarının nümayəndələri, hərbi əsir və girovlardan istifadə ilə təşkili, maliyyələşdirilməsi və reallaşdırılmasma cəhdlər göstərilmişdir.

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi ilə Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlığı nəticəsində Ermənistan Respublikası Milli Təhlükəsizlik Baş İdarəsinin şöbə rəisi polkovnik Can Ohanesyanm, onun müavini mayor Aşot Qaloyanın, Rusiya Federal əks-kəşfiyyat xidmətinin terrorizmlə mübarizə İdarəsinin baş əməliyyat müvəkkili mayor Boris Simonyanm başçılığı ilə Rusiya ərazisində fəaliyyət göstərən erməni separatçılarından ibarət terrorçu qrup məsuliyyətə cəlb olunmuşdur.

Moskvada yerləşən və Valeri Petrosyanm rəhbərlik etdiyi «TİRR» Assosiasiyası tərəfindən maliyyələşdirilən həmin qrup Rusiya və Azərbaycan ərazisində dəmiryolu qatarlarında bir neçə partlayış törətmişdir. Bütün bu şəxslər Rusiya Federasiyası və Azərbaycan Respublikası məhkəmələri tərəfindən müxtəlif müddətlərə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşlar.

Rusiya Federasiyasının Dağıstan Respublikası ərazisində fəaliyyət göstərən terrorçu-separatçı “Sadval” təşkilatı üzvlərinin 1994-cii ilin martın 19-da Bakı metropoliteni stansiyalarından birində törətdikləri və 14 nəfər dinc sakinin ölümü, 42 nəfərin yaralanması ilə nəticələnən partlayışın Ermənistan Respublikası xüsusi xidmət orqanları tərəfindən təşkil edilməsi faktı da prosessual qaydada tam sübuta yetirilmişdir. Çoxsaylı şahid ifadələri və maddi sübutlar bu təşkilatın yaraqlılarının Ermənistan Respublikasının Nairi və Arzni rayonlarında yerləşən, xüsusi xidmət orqanlarına məxsus hərbi-təxribat hazırlığı bazalarında, habelə Dağıstan Respublikasının Məhərrəmkənd rayonu ərazisində təşkil edilmiş xüsusi düşərgələrdə təlim keçdiklərini birmənalı şəkildə təsdiqləmişdir. Məhz Ermənistanın xüsusi xidmət orqanları terror aktlarının icrası üçün cinayətkarları zəruri partlayıcı materiallar və texniki vasitələrlə təchiz etmiş və maliyyələşdirmişlər. Azərbaycanın milli təhlükəsizlik orqanları həmin cinayətin 43 təşkilatçısını və icraçısını aşkarlamış, onlardan 30 nəfəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum olunmuşdur, ölkənin hüdudlarından kənarda gizlənənlər barədə isə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bu dəhşətli terror aktının qeyri-adiliyi ondadır ki, Azərbaycan torpaqlarını işğal edən və Dağlıq Qarabağın separatçı rejiminə himayədarlıq edən qonşu Ermənistanın xüsusi xidmət orqanları həmin cinayəti həyata keçirmək üçün terrorçuları digər həmsərhəd ölkədə - Rusiya Federasiyasında, ölkəmizin bir sıra şimal rayonları barəsində ərazi iddiaları irəli sürən separatçılar sırasından hazırlamışlar. Bu isə müxtəlif etnik yönümlü separatçılar arasında qarşılıqlı əlaqələrin beynəlxalq terrorizmin əsas tərkib hissələrindən biri olduğuna daha bir sübutdur.

Təəssüf ki, bu yeganə fakt deyil. Belə ki, 2000-ci ilin əvvəlindən etibarən Azərbaycanın şimal rayonlarında yaşayan avar xalqının adından separatçılıq hərəkatını başlamaq məqsədini güdən bir qrup fəallaşmışdı. 2001-ci ilin iyun ayından Dövlət Yol Polisinin postlarına, rayon polis şöbəsinə və hərbi hissəyə bir neçə basqınlar, Şeyx Şamilin abidəsinin partladılması kimi cinayətlərin törədilməsi Zaqatala və Balakən rayonlarında vəziyyəti kəskinləşdirmişdi.

Həmin cinayətlərin istintaqı zamanı göstərilən qrupun rəhbəri Hacı Maqomedovun və sonradan onun həbs edilmiş silahdaşı Şaban Buşdiyevin erməni xüsusi xidmətlərinin nümayəndələri ilə əlaqələri olması faktı aşkarlanmışdır.

1997-ci ildə onların hər ikisi Azərbaycan ərazisində “Avar dövləti”nin yaradılması üçün 1 milyon ABŞ dolları və 1000 ədəd avtomat silahın alınması məsələsinin müzakirəsi məqsədi ilə Yerevan və Xankəndiyə səfər etmişlər. Sonradan onlar bu danışıqları Mahaçqalada davam etdirmiş və nəticədə 1000 ədəd avtomat silahın və 300 min ABŞ dollarının verilməsi barədə razılığa gəlmişlər. Bundan sonra avar separatçılarının “Car-Balakən dövləti”nin yaradılması ideyası və bu istiqamətdə fəaliyyətlərinə dəstək almaq üçün H.Maqomedov 2001-ci ilin dekabr ayında yenidən Yerevana getmişdir. Bu səfərin əsas məqsədi yaz-yay mövsümündə yerli icra hakimiyyətinin binasının zəbt edilməsi, həbs olunmuş silahdaşlarının azadlığa buraxılması şərti ilə vəzifəli şəxslərin girov götürülməsi və dövlətə qarşı digər cinayət əməlləri üçün müxtəlif növ silah, o cümlədən istilik raketlərinin alınması idi.

2001-ci ilin sentyabr ayında Zaqatala rayonu ərazisində müxtəlif cinayət əməlləri törədilməsi ilə əhalini təsir altında saxlamağa, ərazini nəzarətsiz zonaya çevirməyə cəhd göstərən şəxslərin dindirilməsi zamanı məlum olmuşdur ki, onların silah və maddi cəhətdən təchiz edilməsində separatçı-terrorçu qurumun “müdafıə naziri” və digər “rəhbər işçiləri” birbaşa iştirak etməklə, həmin şəxsləri separatçı hərəkətlərə təhrik etmişlər.

1994-cii ilin iyul ayının 3-də Bakı metrosunun “28 may” və “Gənclik” stansiyaları arasında 13 nəfərin ölümü, 42 nəfərin yaralanması ilə nəticələnən terror aktı Ermənistan xüsusi xidmət orqanları tərəfindən təşkil edilmişdir. Bu məqsədlə Qarabağ uğrunda gedən döyüşlər zamanı əsir düşmüş Azər Aslanovun anasını aldadıb Yerevana çağırmış, oradan Azərbaycanın işğal olunmuş ərazilərinə apararaq girov saxlayıb.

A.Aslanovu həmin cinayəti törətməyə sövq etmişlər (bu fakt erməni millətçi-separatçı ekstremizminin əsas ideoloqlarından biri, hazırda İnterpol xətti ilə axtarışda olan Zori Balayanm “Cəhənnəm və cənnət arasmda” kitabında öz əksini tapmışdır). İstintaq və məhkəmə prosesində sübuta yetirilmişdir ki, A.Aslanovun terrorçu kimi hazırlanmasının “ideoloji təminatında” Zori Balayanm və Dağlıq Qarabağ erməni separatçılarının lideri olmuş, hazırda Ermənistan Respublikasının prezidenti Robert Koçaryanın iştirakı olmuşdur.

90-cı illərin əvvəllərindən etibarən beynəlxalq terrorçu qrupların liderlərinin reabilitasiyasına çalışan Ermənistan rəhbərliyi xarici diasporanm radikal təşkilatlarının, xüsusilə “Daşnaksutyun”, ASALA, MAQ, “Erməni birliyi”, “Erməni Azadlıq Cəbhəsi” və digər terror təşkilatları fəallarının Ermənistan ərazisində toplanması məqsədi ilə genişmiqyaslı kampaniyaya başlamış, onların fəaliyyətlərinə siyasi-hüquqi şərait yaradaraq sığınacaq vermiş, pul, silah, saxta sənəd və nəqliyyatla təchiz etmişdir. Həmçinin Azərbaycanda ermənilərin sıx yaşadıqları əraziyə yardım adı altında bir sıra xarici dövlətlərdən terrorçular, silah və maliyyə vəsaitləri göndərilir, Türkiyə nümayəndəliklərinə qarşı terror aktları törətmiş ermənilərin azad olunması və dəstəklənməsi Ermənistanda dövlət səviyyəsində təşkil olunurdu. Belə ki, Suriyada doğulmuş, ASALA üzvü, 1983-cü ilin iyun ayında Fransanın Orli aeroportunda partalyış törətdiyinə görə həbs edilmiş Varujan Karapetyanm Ermənistan xüsusi xidmət orqanları tərəfindən Eçmiədzin kilsəsinin imkanları vasitəsi ilə azad olunması üçün imza toplama kompaniyası keçirilmişdir.

Fransada terror aktları törətdiyinə görə həbs edilmiş ABŞ vətəndaşı, tanınmış beynəlxalq terrorçu Monte Melkonyan azad olduqdan sonra 1990-cı ildə Ermənistandan Dağlıq Qarabağa göndərilərək azərbaycanlıları öz torpaqlarından məcburi köçkün vəziyyətinə salmış terrorçu qruplara rəhbərlik etmişdir. 1993-cii ilin yayında Azərbaycan qoşun hissələri tərəfindən məhv edilmiş M.Melkonyanm Yerevanda dəfn mərasimində prezident daxil olmaqla Ermənistanın dövlət rəsmiləri iştirak etmiş, sonra bu beynəlxalq terrorçu Ermənistanın milli qəhrəmanı elan olunmuş, onun adı ER Müdafiə nazirliyinin diversiya mərkəzlərindən birinə verilmişdir.

1992-ci ildə Xankəndinə göndərilmiş Vazgen Sislyan, yaxın şərq terrorçuları Abu Əli, Qilbert Minasanyan və digər terrorçularla birlikdə zorakılıq siyasətini dünya ictimaiyyətinin diqqətini erməni məsələsinə yönəltmək üçün vasitə kimi istifadə edirdilər.

R.Koçaryan hakimiyyətə gəldikdən sonra Ermənistanda terrorçu qrupların rəhbərlərinin reabilitasiyası halları daha da artmışdır. Tanınmış terrorçu, İran vətəndaşı və “Daşnaksutyun” partiyasının üzvü Qrant Markaryan həbsdən azad edilərək, Azərbaycana qarşı terror aktlarının keçirilməsində fəal iştirakına görə 1981-ci ildə Parisdə türk səfirliyinin zəbtinin təşkilatçılarından biri Vazgen Sislyanla birgə R.Koçaryan tərəfindən Qarabağ müharibəsinin qəhrəmanı adına layiq görülmüşlər.

Məhərrəm HƏSƏNOV

Naxçıvan Dövlət Universitetinin müəllimi

Nəşr edilib : 31.03.2022 10:20