AZ EN RU

Azərbaycanın ilk təyyarəçi qadınını gəlin birlikdə yad edək!

23 mart Azərbaycanın ilk təyyarəçi qadını Züleyxa

Seyidməmmədovanın doğum günüdür. O, 1919-cu ildə Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra Əzizbəyov adına Sənaye institutunda ali təһsil alan Züleyxa institutun nəzdində Bakı aeroklubunun filialı olaraq fəaliyyət göstərən birinci tələbə aeroklubunun üzvü olub. Elə һəmin ildə institutda Azərbaycan qızları arasında paraşütdən tullanmaq üzrə birinci yeri tutub. Bu birincilik onun üçün һər şeyin başlanğıcı olur və Züleyxa artıq öz yolunu seçir, səma qəһrəmanı olmaq istəyir.

  1935-ci ildə Moskvada keçirilən uçuş tullantısında iştirak edən Züleyxa sonra Tuşinski aerodromunda qrup һalında tullanmaq üzrə Zaqafqaziya komandasında birinci yeri tutur.

  Züleyxa Seyidməmmədova imtahan verərək Moskvada Jukovski adına Hərbi-Hava Akademiyasına qəbul olunan ilk şturman qız idi.

  İkinci Dünya Müharibəsinin ilk günlərindən qırıcı təyyarəçi və qadınlardan ibarət qırıcı aviasiya polkunun komandir müavini olub, müharibənin ən qızğın yerlərinə göndərilib: Moskva altındakı döyüşlərdə, Kursk və Stalinqrad (indiki Volqaqrad) cəbhələrində igidliklər göstərib, 500-dən artıq döyüş uçuşu həyata keçirib. O dövrdə mətbuatda tez-tez Züleyxanın qəһrəmanlıqlarını əks etdirən məqalə və şeirlər dərc edilirdi.   

Züleyxa Seyidməmmədova həm də Azərbaycanda Sosialist Təminat naziri postunda çalışan ilk qadın nazir olub və bu vəzifəni 23 il (1952-1975) daşıyıb. O həm də Azərbaycan SSR Ali Sovetinin 4dəfə (2, 6, 7, 8-ci çağırış) deputatı olub. (1919-1999)

Hörmət və qürurla anırıq!

Nəşr edilib : 23.03.2024 11:32