AZ EN RU

“Azərbaycanın görkəmli ədibləri” mövzusunda interaktiv dərs keçirilib

Aprelin 26-da Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində “Azərbaycanın görkəmli ədibləri” mövzusunda interaktiv dərs keçirilib.

Muxtar respublikanın 200-dən artıq ümumtəhsil məktəbinin şagirdlərinin izlədiyi dərs muzeyin bələdçisi Turanə Əkbərova tərəfindən aparılıb. Şagirdlərə  XIX-XX əsr Azərbaycan ədəbiyyatının  görkəmli  şair və yazıçıları haqqında ətraflı məlumat verilib, xalqımız qarşısındakı xidmətləri vurğulanıb.

 Dərs zamanı Azərbaycan ədəbiyyatında tarixi roman janrında ölümsüz əsərlər yazan Məmməd Səid Ordubadinin, “Molla Nəsrəddin” ədəbi məktəbinin, tənqidi realizmin banisi Cəlil Məmmədquluzadənin, realist və demokratik ədəbiyyatın görkəmli nümayəndəsi Əbdürrəhim bəy Haqverdiyevin, satirik şair Mirzə Ələkbər Sabirin, ədəbiyyatımızda faciə janrının əsasını qoyan Nəcəf bəy Vəzirovun, milli mətbuatımızın yaradıcısı Həsən bəy Zərdabinin, maarifçilik hərakatının görkəmli nümayəndəsi, şair Seyid Əzim Şirvaninin, görkəmli şairələr-Xurşidbanu Natəvan, Qonçabəyim, Heyran xanımın ədəbi irsi barəsində danışılıb.

Dərs şagirdlər tərəfindən maraqla izlənilib.

 

Naxçıvan Muxtar Respublikası

Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 26.04.2023 18:34