AZ EN RU

Azərbaycanın dövlət büdcəsinin profisiti 97 % artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 18 milyard 842,9 milyon manat, xərcləri isə 16 milyard 052,1 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 21,7 % və 14,1 % çoxdur.

Son nəticədə 6 ayda büdcədə 2 milyard 790,8 milyon manat profisit yaranıb. Bu isə 1 il əvvələ nisbətən 97 % çoxdur.

Nəşr edilib : 15.07.2024 10:25