AZ EN RU

Azərbaycanın Baş naziri Minskdə "Belagro 2024" sərgisinə baş çəkib

İyunun 3-də Azərbaycanın Baş naziri Əli Əsədov Belarusa işgüzar səfəri çərçivəsində Minskdə “Belaqro 2024” Beynəlxalq ixtisaslaşdırılmış sərgisini ziyarət edib.
Bu barədə Azərbaycan Nazirlər Kabinetindən bildirilib.
Ə.Əsədov və Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərin hökumət başçıları geniş çeşidli aqrosənaye məhsullarının, kənd təsərrüfatı texnikası və avadanlıqlarının müasir nümunələrinin, bitkiçilik, heyvandarlıq və quşçuluğun inkişafında qabaqcıl istiqamətlərin nümayiş etdirildiyi sərgi ilə tanış olublar.

Nəşr edilib : 03.06.2024 20:56