AZ EN RU

Azərbaycanın Afinadakı səfiri və Patras Universitetinin rektoru əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər

Yunanıstanın Patras şəhərində səfərdə olan Azərbaycanın Afinadakı səfiri Arif Məmmədov eyniadlı universitetin rektoru Kristos Bourasla görüşdə əməkdaşlıq imkanlarını nəzərdən keçirib.
Bu barədə Azərbaycanın Balkan ölkəsindəki diplomatik missiyası məlumat yayıb.
“Səfir Arif Məmmədov Patras şəhərinə səfəri çərçivəsində Patras Universitetinin rektoru Kristos Bouras və “Mədəniyyət Kitabı”nın (ədəbi cəmiyyət – red.) sədri Antonis Skiatas ilə görüşüb. Əməkdaşlıq imkanları əsas müzakirə mövzusu olub”, – səfirliyin mətbuat xidməti diqqətə çatdırıb.
Xatırladaq ki, ilin əvvəlində Azərbaycanın Yunanıstandakı səfiri Arif Məmmədov etimadnaməsini Yunanıstan Prezidenti Katerina Sakellaropulouya təqdim etmişdi.

Nəşr edilib : 04.06.2024 08:33