AZ EN RU

Azərbaycanın 2024-cü il dövlət büdcəsi haqqında qanun layihəsi Milli Məclisə daxil olub

Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanunun layihəsi və büdcə zərfinə daxil olan sənədlər Milli Məclisə daxil olub.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, əhalinin, o cümlədən vətəndaş cəmiyyəti institutlarının dövlət büdcəsi ilə bağlı məlumatlara əlçatanlığının təmin olunması, habelə parlamentin fəaliyyətində ictimai iştirakçılığın artırılması məqsədilə müvafiq qanun layihəsi parlament müzakirələrindən əvvəl Milli Məclisin rəsmi internet səhifəsində yerləşdirilir.

Nəşr edilib : 17.10.2023 11:31