AZ EN RU

“Azərbaycanı Naxçıvanla birləşdirəcək bu marşruta alternativ yoxdur”

“Ermənistandan keçərək Azərbaycanla Naxçıvanı birləşdirəcək marşrutun bərpasına alternativ yoxdur”.

Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

O deyib ki, Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verməli, nəzarəti isə Rusiya Federal Təhlükəsizlik Xidməti sərhədçiləri həyata keçirməli idi - sərhədlərin açılması ilə bağlı belə bir razılaşma Əliyev, Paşinyan və Putinin 2020-ci il tarixli bəyanatında olub.

“Bu razılaşmaların tamamlanmasına nə mane oldu, bilmirəm. Ancaq yaxşı bilirik ki, “Qərb dostlarının yaxşı məsləhətləri” həmişə Cənubi Qafqazda mövcuddur və prosesin bu və ya digər iştirakçısı tərəfindən qəbul edilir”, - Lavrov əlavə edib.

Nəşr edilib : 18.01.2024 14:12