AZ EN RU

Azərbaycanda yol vergisi üzrə daxilolmalar proqnozdan 9 % çox olub

2023-cü ildə Azərbaycanda yol vergisi üzrə daxilolmalar 125,9 milyon manat proqnoza qarşı icra 137,3 milyon manat (11,4 milyon manat və yaxud 9,1 % çox) icra olunub.

Məlumata görə, aksiz vergisi üzrə daxilolmalarda ölkədaxili əməliyyatların payı 85,9 milyon manat proqnoza qarşı 94,5 milyon manat (8,6 milyon manat və yaxud 10 % çox), gömrük orqanlarının payı isə 40 milyon manat proqnoza qarşı 42,8 milyon manat (2,8 milyon manat və yaxud 7 % çox) təşkil edib.

Nəşr edilib : 23.05.2024 11:56