AZ EN RU

Azərbaycanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 10 % artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 9 milyard 355,6 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,2 % çoxdur.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Məlumata görə, indiyə qədər Azərbaycan ərazisində 98 346 ədəd yeni nəsil NKA quraşdırılıb.
"Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb", - deyə məlumatda qeyd olunub.

Nəşr edilib : 09.06.2024 11:47