AZ EN RU

Azərbaycanda təbii mənbələrdən əldə edilən suyun 28 %-i itkiyə gedir

Azərbaycanda təbii mənbələrdən ildə 12,78 milyard kubmetr su əldə olunur ki, bunun da 3,63 milyard kubmetri suyun nəqli və paylanması zamanı itkiyə gedir.

Bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında qeyd olunub.

Məlumata görə, ölkə üzrə illik şirin su istehlakı təqribən 9,15 milyard kubmetr təşkil edir ki, bunun da 72,5 %-i kənd təsərrüfatında, 3,2 %-i məişət ehtiyacları üçün və 24,3 %-i sənaye ehtiyacları (əsasən enerji və istilik elektrik stansiyalarının soyudulması) üçün istifadə olunur.

Adambaşına düşən illik suyun həcminə əsasən (adambaşına 1 000 kubmetr ) Azərbaycan su problemi yaşayan ölkələrdən biridir. BMT-nin İqlim Dəyişikliyi haqqında Çərçivə Konvensiyasına dair Milli Hesabata görə, iqlim dəyişikliyi səbəbilə milli su ehtiyatlarının 2050-ci ilə qədər 23 %-dən çox azalacağı ehtimal edilir. Ölkədə əldə olunan suyun ildə təqribən %-i və ya 744 milyon kubmetri Abşeron yarımadasında istehlak olunur. Yarımadada təbii su mənbələri olmadığı üçün su ölkənin digər regionlarından nəql olunur.

Nəşr edilib : 08.01.2024 14:00