AZ EN RU

Azərbaycanda "SABAH City" texnoparkı yaradılacaq

Azərbaycanda "SABAH City" texnoparkı yaradılacaq.

"Şərq qapısı" AZƏRTAC-a istinadən xəbər verir ki, Bu barədə jurnalistlərə açıqlamasında SABAH.HUB İnnovasiya Mərkəzinin İcraçı direktoru Rəhim Bayramlı deyib.

"SABAH City" Elm və Təhsil Nazirliyi ilə birlikdə reallaşdırılan layihədir. Ümumiyyətlə, ekosistemin inkişafı üçün tələbələri bir yerdə cəmləmək və tədqiqatlar aparmaq istəyirik. Yaxın iki il ərzində "SABAH City" İnnovasiya Mərkəzinin yaradılmasını düşünürük", - deyə Rəhim Bayramlı əlavə edib.

Qeyd edək ki, AZƏRTAC tədbirin media tərəfdaşı olaraq informasiya dəstəyi göstərir.

Nəşr edilib : 27.06.2024 14:40