AZ EN RU

Azərbaycanda rejissor vəfat edib

APA TV-nin rejissoru Emil Abdullayev vəfat edib.
E. Abdullayev uzun sürən xəstəlikdən sonra bu gecə 41 yaşında dünyasını dəyişib.
O, xərçəng xəstəliyindən əziyyət çəkirdi.
E. Abdullayev uzun illər müxtəlif televiziya kanallarında çalışıb. Son 10 ildə isə APA TV-nin rejissoru olub.
"Şərq qapısı" kollektivi Emil Abdullayevin vəfatından dərin kədərini ifadə edir, ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Nəşr edilib : 17.05.2024 09:13