AZ EN RU

Azərbaycanda qadınların minatəmizləmə əməliyyatlarına cəlb olunması ilə bağlı işlərə başlanılıb

Minatəmizləmə əməliyyatlarına minaaxtaran maşınlar və xüsusi təlim görmüş itlər də cəlb edilir.

Bunu ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov jurnalistlərə açıqlamasında bildirib.

Vurğulayıb ki, Azərbaycanda indiyədək minaxtarma əməliyyatlarına 50-dən çox minaaxtaran maşın cəlb olunub. Minaxtarma əməliyyatları zamanı zirehli texnikalar - buldozerlərdən, eskalatorlardan da istifadə olunur. Onlar da axtarış işlərinin sürətli və daha effektiv olmasına kömək edir.

Azərbaycanda qadınların minatəmizləmə əməliyyatlarına cəlb olunması ilə bağlı işlərə start verildiyini deyən Vüqar Süleymanov qeyd edib ki, hazırda bununla bağlı seçim aparılır. Qadınların minaxtarma əməliyyatlarına cəlb olunması üçün müəyyən müddət lazımdır. Seçim turu başa çatdıqdan sonra qadınlar treninqlərə cəlb ediləcəklər. Treninqlərdən sonra imtahanlardan uğurla keçən qadınlar minaaxtarma işlərinə cəlb olunacaqlar.

Nəşr edilib : 28.02.2023 16:01