AZ EN RU

Azərbaycanda nəqliyyat vasitələrinin gömrük bəyannamələri üzrə elektron xidmətə görə yığım ləğv edilib

Azərbaycanda “Gömrük yığımlarının məbləğləri”ndə dəyişiklik edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliyə əsasən, malların və nəqliyyat vasitələrinin müvafiq gömrük proseduru altında tam yerləşdirilməsini nəzərdə tutan bütün növ gömrük bəyannamələrinin hər vərəqi üçün elektron gömrük xidmətinin göstərilməsinə görə 30 manat məbləğində gömrük yığımının alınması ləğv edilib.

Nəşr edilib : 06.06.2023 18:53