AZ EN RU

Azərbaycanda keçirilən “Qafqaz Qartalı - 2024” təlimində şərti düşmənin canlı qüvvəsi zərərsizləşdirilib

Azərbaycanda keçirilən “Qafqaz Qartalı - 2024” təlimində xüsusi təyinatlılar yüksək peşəkarlıq nümayiş etdirirlər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, birgə təlimin növbəti mərhələsində şərti düşmənin yerləşmə məntəqəsi müəyyən olunaraq zərbə PUA-sının tətbiqi ilə qəfil basqın icra edilib, onun canlı qüvvəsi zərərsizləşdirilib.

“Qafqaz Qartalı - 2024” təlimində qarşıya qoyulan tapşırıqlar Azərbaycan, Türkiyə və Gürcüstanın hərbi qulluqçuları tərəfindən müvəffəqiyyətlə icra olunur.

Nəşr edilib : 10.06.2024 12:37