AZ EN RU

Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri artıq başa çatıb

Exit-pollun ilkin nəticələrə görə, seçicilərin 93,9 faizi İlham Əliyevə səs verib. Bu münasibətlə Naxçıvan şəhərində yerli sakinlər tərəfindən avtoyürüş təşkil edilib. Yürüş şəhərin Babək məhəlləsindən Heydər Əliyev prospektinə kimi davam edib. Yürüşdə yerli sakinlər İlham Əliyevin seçkilərdəki qələbəsini Azərbaycan bayraqları və səsləndirdikləri şüarlarla qeyd ediblər, şəhərdə dövrə vurublar.

Nəşr edilib : 07.02.2024 20:32