AZ EN RU

Azərbaycanda işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə daxilolmalar artıb

2023-cü il ərzində işsizlikdən sığorta haqları üzrə daxilolmalar 2022-ci illə müqayisədə 14,2% artaraq 183 milyon manata yaxın olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 15,1% artaraq 134,2 milyon manat təşkil edib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, icbari tibbi sığorta haqları üzrə daxilolmalar əvvəlki illə müqayisədə 14,2% artıb və 938,8 milyon manata yaxın olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 16,3 faiz artaraq 655,5 milyon manatdan çox təşkil edib.

Nəşr edilib : 11.01.2024 18:25