AZ EN RU

Azərbaycanda ilk elektrikli avtomobillər Naxçıvan Avtomobil Zavodunda istehsal olunacaq

Sənaye sahəsində rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının təşviqi, innovasiyalara əsaslanan yeni müəssisələrin qurulması və uğurların artırılması üçün 2022-ci il muxtar respublikada “Sənaye ili” elan edilib. Bu istiqamətdə həyata keçirilən   uğurlu layihələrdən biridə elektrikli avtomobillərin Naxçıvan şəhərinə gətirilməsi və onların Naxçıvan Avtomobul Zavodunda istehsal şəraitinin yaradılması yolunda atılan addımlardır.

Dünyanın nəhəng avtomobil müəssisələrinin müxtəliftəyinatlı və modellərdəki nümunələrinin muxtar respublikada istehsal olunması, Naxçıvanda maşınqayırma sənayesinin güclənməsinə, eləcə də iqtisadiyyatın inkişafına öz töhfəsini verir. Zavodun qarşısında yeni hədəflər  var. Avtomobil sektorunda olan inkişafla ayaqlaşmaq məqsədilə günümüzdə tələbatı artmaqda olan elektrikli avtomobillərin istehsalına başlanılacaq. Yüksəkkeyfiyyətli elektrikli avtomobillərin istehsalı üçün ilkin addımlar artıq atılıb, layihə üzərində işlərin təməli qoyulub. Belə ki, iyunun 13-də  Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində, Habtoor Palace otelində Cahan Holdinqin KŞİ-nin Prezidenti Vüqar Abbasov və onu müşayiət edən nümayəndə heyəti ilə Çin Lifan kompanyasının Baş icraçı drektoru Danfer Deng və Çin Lifan kompanyasının Regional direktoru Çan Kayın nümayəndə heyəti arasında görüş keçirilmişdir.

Görüşdə Cahan Holdinq KŞİ tərəfindən qurumun vitse-prezidenti Pərviz Abbasov, Cahan Holdinq KŞİ Birləşmiş Ərəb Əmirliyi ofisinin rəhbəri Rasim Məmmədov, Cahan Motors MMC-nin direktoru Adil Axundov, Naxçıvan Avtomobil Zavodunun  icracı direktoru  Səxavət Hümbətov iştirak etmişlər. Görüş zamanı Naxçıvan Avtomobil Zavodunda elektrikli avtomobillərin  istehsalı üçün yenidənqurma və infrastrukturun yaradılması şəraitinin şərtləri müzakirə edilmiş, yaxın gələcəkdə 2 növ elektrikli və 1 növ yanacaqla işləyən avtomobillərin  Naxçıvan Avtomobil Zavodunda istehsalı üçün razılıq əldə olunaraq anlaşma protokolü mzalanmışdır.

Danışıqlar zamanı Çin Lifan kompanyasının Regional direktoru Çan Kayın Naxçıvana gəlişi, Naxçıvan Avtomobil Zavodunda  ediləcək dəyişikliklər və  lazımı infrastrkturun qurulması üçün layihələr hazırlanması planlaşdırılmışdır.

Görüşün sonunda qarşılıqlı xatirə hədiyyələri təqdim edilmişdir.

                                           Cahan Holdinq KŞİ-nin Mətbut Xidməti

Nəşr edilib : 16.06.2022 15:45