AZ EN RU

Azərbaycanda hüquqi şəxslərin mənfəət vergisi üzrə daxilolmalar 6 % azalıb

2023-cü ildə Azərbaycanda hüquqi şəxslərin mənfəət (gəlir) vergisi üzrə daxilolmalar 7 478,1 milyon manat proqnoza qarşı icra 8 024,3 milyon manat (546,2 milyon manat və yaxud 7,3 % çox), 2022-ci il müqayisədə isə 498,2 milyon manat və yaxud 5,8 % az icra olunub.

Məlumata görə, bu tədiyyə növü üzrə daxil olan vəsaitin 38,3 %-i və yaxud 3 073,3 milyon manat qeyri-neft sektorunun, 61,7 %-i və yaxud 4 851 milyon manatı neft sektorunun payına düşüb.

Nəşr edilib : 23.05.2024 11:31