AZ EN RU

Azərbaycanda heyvanlar arasında quduzluq xəstəliyi ilə bağlı görülən işlər açıqlanıb

Heyvanlar arasında quduzluq xəstəliyi ilə bağlı görülən işlər hər zaman diqqət mərkəzindədir.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev deyib. O bildirib ki, quduzluğun yayılmasında vəhşi ət yeyən heyvanların, sahibsiz itlərin, eləcə də sahibli ət yeyən heyvanların rolu var:

"Bu istiqamətdə son iki ildə ilk dəfə olaraq helikopterlərdən istifadə etməklə peyvəndlənmə işləri həyata keçirilir. Xəstəliklə mübarizədə həm Gürcüstan, həm də Rusiya dövləti ilə əməkdaşlıq edirik. Çünki Azərbaycan ərazisindən keçən meşə massivi bir tərəfdən Gürcüstan, digər tərəfdən Rusiya ilə sərhəddə yerləşir. Hər iki ilə ölkə ilə həm peyvəndləmə, həm də monitorinq tədbirləri koordinasiyalı şəkildə və informasiya mübadiləsi şəraitində həyata keçirilir. İnanırıq ki, yaxın gələcəkdə quduzluq xəstəliyi ilə mübarizə istiqamətində görülən tədbirlər öz müsbət nəticəsini verəcək", - deyə Q. Əbdüləliyev vurğulayıb.

Nəşr edilib : 02.07.2024 11:22