AZ EN RU

Azərbaycanda həbs olunan Türkmənistan vətəndaşı həmin ölkəyə təhvil verilib

Türkmənistanın hüquq mühafizə orqanları ilə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq uğurla davam etdirilir.

Belə ki, saxta pul hazırlamada təqsirləndirilərək 2019-cu ildə beynəlxalq axtarışa verilmiş Türkmənistan vətəndaşı, 1994-cü il təvəllüdlü Hacımuhammet Bekcanovun təhvil verilməsinə dair Türkmənistanın Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən təmin edilib.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Hacımuhammet Bekcanov 2024-cü ilin mart ayında ölkəmizdə müəyyən edilərək həbs edilib.

Belə ki, “Mülki, ailə və cinayət işləri üzrə hüquq münasibətləri və hüquqi yardım haqqında” 22.01.1993-cü il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Türkmənistanın səlahiyyətli orqanlarına təhvil verilib.

Nəşr edilib : 25.07.2024 19:06