AZ EN RU

Azərbaycanda ən yaşlı qadın və kişi seçicinin adı açıqlanıb

Azərbaycanda ən yaşlı qadın və kişi seçicinin adları açıqlanıb.

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib ki, ən yaşlı qadın seçici 78 saylı Lənkəran kənd seçki dairəsinin 38 saylı məntəqəsində qeydiyyatda olan 1890-cı il təvəllüdlü Əzizova Tamam Əli qızıdır.

Ən yaşlı kişi seçici isə 28 saylı Sabunçu üçüncü seçki dairəsinin 47 saylı məntəqəsində qeydiyyatda olan 1915-ci il təvəllüdlü İbrahimov Hilal İsa oğludur.

Nəşr edilib : 27.05.2024 16:31