AZ EN RU

Azərbaycanda əmək pensiyalarının minimum və orta aylıq məbləği 433,3 manata yüksəlib

"Bu il Azərbaycanda əmək pensiyalarının minimum və orta aylıq məbləği 433,3 manata yüksəlib".

Bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov qurumun 6 aylıq hesabatı ilə bağlı keçirilən brifinqdə çıxışı zamanı deyib.

O bildirib ki, hesabat dövründə yaşa görə əmək pensiyasının orta aylıq məbləği 466,1 manata yüksəlib: "Keçən illə müqayisədə 16.4 faizlik artım qeydə alınıb. Əvəzetmə əmsalı isə 47.2 %-ə çatıb".

Nəşr edilib : 27.07.2023 12:13