AZ EN RU

Azərbaycanda əmək müqavilələrinin sayı açıqlanıb

Azərbaycanda əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 406,9 min vahid artaraq bu il yanvarın 1-nə 1 milyon 808,8 minə çatıb.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, bu illər ərzində qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 358 min vahid artaraq 897,9 min olub.

"5 ildən çox müddətdə həyata keçirilən təşviq əsaslı vergi siyasəti əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub. Artım Dövlət Vergi Xidmətinin iş yerlərinin rəsmiləşdirilməsi, əmək haqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində həyata keçirdiyi tədbirlərin nəticəsidir", - deyə məlumatda qeyd olunub.

Nəşr edilib : 12.01.2024 12:23