AZ EN RU

Azərbaycanda elektrik enerjisinin təminatına məhdudiyyətlər tətbiq edilməyən istehlakçıların siyahısı təsdiqlənib

Nazirlər Kabineti “Elektrik gücü çatmadıqda sistemin dayanıqlılığını təmin etmək üçün elektrik enerjisinin təminatına məhdudiyyətlər tətbiq edilməyən istehlakçıların siyahısı”nı təsdiq edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bu siyahıya dövlətə məxsus 38 qurum, idarə, səhmdar cəmiyyət və xəstəxanalar daxil edilib.

Nəşr edilib : 03.05.2024 17:54