AZ EN RU

Azərbaycanda ekoloji təmiz nəqliyyat vasitələrinin maliyyələşdirilməsinə lizinq mexanizmi tətbiqi edilə bilər

Azərbaycanda lizinq mexanizminin ekoloji təmiz nəqliyyat vasitələrinin maliyyələşdirilməsində tətbiqi vəziyyəti araşdırılacaq.
Bu, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə 2024-cü il üçün Yol Xəritəsində əksini tapıb.
Qeyd edilib ki, araşdırmanın nəticələri üzrə müvafiq təkliflər hazırlanaraq Komissiyaya təqdim ediləcək.
Layihə iyunun 1-dək Mərkəzi Bank (Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Beynəlxalq Bankı və "Kapital Bank" cəlb edilməklə) və İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmalıdır.

Nəşr edilib : 11.05.2024 20:03