AZ EN RU

Azərbaycanda COVID-19 əleyhinə vurulan vaksin dozalarının ümumi sayı 12 milyon 982 min 387-dir

Fevralın 28-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 32 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində ikinci doza üzrə vurulan vaksinlərin sayı 32-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 12 milyon 982 min 387, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 298 min 628, ikinci mərhələ üzrə 4 milyon 784 min 882, üç və daha çox doza vaksinlərin sayı 2 milyon 694 min 562, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 204 min 315-dir.

Nəşr edilib : 28.02.2022 17:49