AZ EN RU

Azərbaycanda COVID-19 əleyhinə 552 yeniyetmə peyvənd olunub

Azərbaycanda 552 yeniyetmə yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə peyvənd olunub.

Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində “Pfizer” peyvəndi ilə aparılır. Yeniyetmələr yalnız tibbi göstəriş olduğu halda hər iki valideynin razılığı ilə peyvənd oluna bilərlər.

Yeniyetmələrin vaksinasiyası üçün https://randevu.its.gov.az/ saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürmək mümkündür.

Nəşr edilib : 17.01.2022 17:06