Bağçaların sayının artırılması üçün özəl sektorla əməkdaşlığa dair mexanizmlər hazırlanıb.
Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirilən hesabat tədbirində deyib.
Onun sözlərinə görə, məktəbəqədər təhsildə əhatəliliyin artırılması üçün özəl sektorla əməkdaşlıq ediləcək:
"Artıq bununla bağlı mexanizmlər hazırlanıb və növbəti həftələrdə ictimaiyyətə geniş məlumat veriləcək".