AZ EN RU

Azərbaycanda 7 sığorta agentinin lisenziyası ləğv edilib

Azərbaycan Mərkəzi Bankı (AMB) 1 hüquqi şəxsə ("Agents Tim Sığorta Agentli" MMC) və 3 fiziki şəxsə verdiyi sığorta agenti lisenziyalarını ləğv edib.

Bu barədə tənzimləyici qurumdan bildirilib.

Məlumata görə, bu qərar mayın 8-də “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq qəbul edilib. Lisenziyalar, onların qüvvəsinin dayandırılmasına əsas vermiş halların müəyyən edilmiş müddətdə aradan qaldırılmadığı nəzərə alınaraq ləğv olunub.

Nəşr edilib : 23.05.2024 11:55