AZ EN RU

Azərbaycanda 44 nəfər vəkil peşəsinə yiyələnmək üçün təlimə cəlb olunub

Vəkilliyə qəbul üzrə ixtisas imtahanının şifahi müsahibə mərhələsi keçirilib.

Məlumata görə, yazılı test mərhələsindən müvəffəqiyyətlə keçən 50 vəkilliyə namizədin qatıldığı mərhələdə Vəkillərin İxtisas Komissiyasının peşə yararlılığına dair rəyini alan 44 nəfər icbari təlimə buraxılıb.

Qeyd edək ki, icbari təlim mayın 6-sı saat 10:00-da Ədliyyə Akademiyasında baş tutacaq.

Nəşr edilib : 02.05.2024 11:36