AZ EN RU

Azərbaycanda 4 ayda dövlət xəttilə 178 milyon manat ipoteka krediti verilib

Bu ilin yanvar-aprel aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 177,8 milyon manat kredit verilib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,8 % çoxdur.

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 12,5 % azalaraq 94,8 milyon manat olub.

Son 1 ildə İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 2 dəfə artaraq 200 milyon manat olub, 1 il bundan əvvəl olduğu kimi Fonda dövlət büdcəsindən 43,8 milyon manat vəsait ayrılıb.

Nəşr edilib : 22.05.2024 12:43