AZ EN RU

Azərbaycançılıq – müstəqil Azərbaycan dövlətinin əsas ideyası

    Tarixi təcrübə sübut edir ki, milli ideologiyanın cəmiyyətdə özünə möhkəm dayaqlar tapması, ictimai təfəkkürdə möhkəmlənməsi görkəmli tarixi şəxsiyyətlərin siyasi və dövlətçilik fəaliyyəti ilə bilavasitə bağlıdır. Bu il anadan olmasının 100 illiyi ölkəmizdə və onun hüdudlarından kənarda ehtiramla qeyd edilən Ümummilli Lider Heydər Əliyev xalqımızın qəlbində təkcə xilaskar və qurucu lider kimi deyil, eyni zamanda əsrlərboyu ayrı-ayrı komponentləri formalaşmış Azərbaycançılıq ideologiyasını vahid sistem halına salan, cəmiyyətdə üstün mövqeyə malik olmasını, ictimai şüurda möhkəmlənməsini təmin edən dahi strateq kimi yaşayır. 

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncamında Ümummilli Liderin milli ideologiyanın formalaşmasındakı tarixi xidmətləri xüsusi qeyd edilir: “Xalqımızı vahid amal ətrafında birləşdirən Azərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət qazanması Heydər Əliyevin mükəmməl quruculuq proqramının tərkib hissələri olmuşdur”.
    Dahi şəxsiyyət bütün həyаtı və fəаliyyəti bоyu yаlnız bir müqəddəs аmаlа хidmət еtmişdir. Bu Onun həyаtının аmаlı оlаn Azərbаycаnçılıq idеyаlаrı, Аzərbаycаn dövlətinə, хаlqınа хidmət idi. İstər sоvеt dövrü оlsun, istərsə də müstəqillik illəri, fərqi yох idi. Görkəmli dövlət xadimi Hеydər Əliyеv hər zаmаn və hər yеrdə Аzərbаycаn üçün çаlışır, ən böyük qаyəsini milliliyin, həmrəyliyin qоrunub sахlаnılmаsındа görürdü. Milli kökə və yаddаşа bаğlı bir şəхs kimi O, dаim хаlqının milli-mənəvi irsinə, аmаllаrınа sаdiq qаlаrаq оnun mənаfеlərini təmin еdən siyаsət yürütmüş və uzаqgörən siyаsətçinin pаrlаq siyаsi zəkаsı sаyəsində Аzərbаycаn öz milli-mənəvi dəyərlərini qоruyаrаq üçüncü minilliyə qədəm qоymuşdur. Məhz Hеydər Əliyеv zəkаsı bütün sədləri yаrаrаq və qаrşıyа çıхаn hеç bir çətinliyə bахmаyаrаq, Аzərbаycаnı оlduqcа mürəkkəb zаmаnın dаlğаlаrı аrаsındаn sаlаmаt çıхаrıb оnа bölgədə, həm də dünyаdа lаyiqli yеr qаzаndırmışdır. Dahi şəxsiyyət Heydər Əliyev deyirdi: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası Azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir”.
    Аzərbаycаn tаriхinin 1969-cu ildən bəri yаşаnаn dövrü Ulu Öndərin аdı ilə sıх bаğlıdır və tаriхimizə Hеydər Əliyеv еpохаsı kimi əbədi həkk оlunmuşdur. Bu dövrün isə Аzərbаycаnın gələcək tаriхi tаlеyi bахımındаn bаşlıcа məzmunu Azərbаycаnçılıqdır. “Fəxr edirəm ki, mən azərbaycanlıyam”, – deyən Ümummilli Liderimiz Heydər Əliyev şəxsiyyətinin möhtəşəmliyi həm də onda təzahür etmişdir ki, O, diaspor ilə işi yalnız ölkəmizin siyasi-iqtisadi maraqlarının tərkib hissəsi olaraq deyil, ilk növbədə, milli-mənəvi məsələ kimi irəli sürürdü. Ulu Öndərin böyük uzаqgörənliklə irəli sürdüyü Azərbаycаnçılıq idеоlоgiyаsı milli diаspоrun fоrmаlаşmаsınа ciddi idеоlоji-siyаsi və mənəvi zəmin yаrаtdı. 2001-ci ildə Bаkıdа Dünyа Azərbаycаnlılаrının I Qurultаyının kеçirilməsi də Аzərbаycаn хаlqının həmrəyliyinin nümаyişinin ən yаddаqаlаn zirvələrindən biri оldu. 
    Tarix dəfələrlə sübut etmişdir ki, millətin tale məsələsi olan dövlət müstəqilliyini qoruyub saxlamaq onu əldə etməkdən daha çətindir. Tanrı hər iki neməti Azərbaycan xalqına “Mən həyatımda üç şeyə: Yaradanıma, zəhmətimə və bir də xalqıma arxalanmışam”, – deyən, 35 ildən artıq bir müddət ərzində Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşıyan, onu bir dövlət və millət kimi tarixin sınaqlarından çıxaran, hələ sağlığında ikən canlı əfsanəyə çevrilən Heydər Əliyevin əli ilə bağışlamışdır. 1993-cü ildə “olum, ya ölüm” dilemması qarşısında qalan Azərbaycan dövlətçiliyi və xalqı görkəmli dövlət xadimi Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Dahi rəhbərin yenidən hakimiyyətə gəlişi dövrün diktəsi idi. Ulu Öndər Heydər Əliyev bütün bacarığını səfərbər edərək tezliklə tərəqqiyə nail oldu, ölkədəki mövcud problemlər həllini tapdı, iqtisadi və siyasi sabitlik təmin olundu və ölkəmizin beynəlxalq arenada nüfuzunun artırılması, Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılması və digər istiqamətlərdə konkret proqram və layihələrin işlənib hazırlanmasına başlanıldı.
    Ulu Öndərimiz Heydər Əliyev müstəqilliyimizin, Azərbaycan dövlətçiliyinin təhlükə mənbələrini və ona qarşı mübarizə metodlarını müasirləri arasında daha aydın görürdü. “Dövlət – dövlətçiliyi qorumalıdır!” – deyən Ulu Öndər Heydər Əliyevin bütün fəaliyyətinin başlıca qayəsini məhz bu ideya təşkil edirdi. Ölkənin hər bir vətəndaşı müstəqilliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi üçün şəxsi məsuliyyət daşıyır. Bunun üçün, ilk növbədə, hər kəsdən milli həmrəylik tələb olunur. Dahi şəxsiyyətin tövsiyəsi belə idi: “Azərbaycan xalqının gücü bir yerə toplanmalıdır, hamı bir hədəfə vurmalıdır...” Təsadüfi deyil ki, Azərbaycan dövləti müstəqilliyini əldə edəndən sonra Azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olub və Ümummilli Liderimiz haqlı olaraq deyirdi: “Biz həmişə bu ideya ətrafında birləşməliyik. Azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub saxlamaq, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnərək hər bir insanın inkişafının təmin olunması deməkdir”.
    Bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlar qazanan Azərbaycan məhz Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ideologiya və strategiya əsasında inkişaf edir. Ölkə başcısı Azərbaycançılıq məfkurəsini dövlətçiliyimizin ideoloji əsası kimi xarakterizə edərək demişdir: “Bizi əsrlərboyu bir millət, bir xalq kimi qoruyan, saxlayan dəyərlərimiz olmuşdur. Bu gün bu məsələyə çox böyük diqqət göstərilir. Bu gün qloballaşan, çətinliklərlə üzləşən dünyada milli dəyərlərimiz bizim dövlətçiliyimizin təməlini təşkil edir. Bizim dövlətçiliyimizin çox möhkəm ideoloji əsasları vardır. Azərbaycançılıq məfkurəsi bizim əsas ideoloji dayağımızdır”.
    Dahi ingilis yazıçısı Uilyam Şekspir yazırdı: “Hər bir millətin istər tərəqqisi, istərsə də tənəzzülü həmin millətin gənclərinin alacaqları tərbiyədən asılı olur. Gənclik müdrikliyi mənimsəmək, qocalıq isə bu müdrikliyi tətbiq etmək dövrüdür”. Bu gün Prezident cənab İlham Əliyevin yeni çalarlarla zənginləşdirdiyi Azərbaycançılıq ideologiyası ətrafında birləşən müasir Azərbaycan gəncliyinin üstün keyfiyyətlərindən biri də onların liberal baxışlara, yüksək tolerantlıq mədəniyyətinə malik olmaları, multikulturalizm ideyasına milli birliyi təmin edən mühüm vasitə kimi yanaşmalarıdır. Müasir gənclik dövlətçilik atributlarına hörmətlə yanaşır, tariximizin, milli-mənəvi dəyərlərimizin, dövlət sərhədlərimizin qorunmasını, Vətən, torpaq uğrunda mübarizəni özünün vətəndaşlıq borcu sayır. Sevindirici haldır ki, Vətən müharibəsinin Tarixi Zəfərlə yekunlaşmasında xalq-dövlət birliyi, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, müdrik diplomatiyası və mükəmməl ordu quruculuğu strategiyası ilə yanaşı, gənclər siyasəti də həlledici rol oynayıb. Başqa sözlə, ölkə gənclərinin kamil milli ideologiya əsasında yetişdirilməsi Vətən müharibəsindəki layiqli Qələbəmizi təmin edib. Prezident cənab İlham Əliyevin də dediyi kimi: “Tarixi Zəfərimiz hər bir azərbaycanlı üçün, hər bir vətəndaş üçün, bütün dünya azərbaycanlıları üçün qürur mənbəyidir. Biz gələcək nəsli də vətənpərvərlik ruhunda tərbiyə edəcəyik, necə ki bunu həmişə etmişik. Elə gözəl gənc nəsil yetişdirmişik ki, həm idman arenalarında ölkəmizin bayrağını qaldırır, həm də döyüş meydanında. İkinci Qarabağ müharibəsində iştirak edənlərin mütləq əksəriyyəti gənclər idi – bizim siyasətimiz əsasında yetişən, həm cəmiyyətdə, həm də ailələrdə gözəl tərbiyə alan gənclər idi. Bu amil, əlbəttə ki, bütün sahələrdə özünü göstərir”.
    Ümumiyyətlə, 44 günlük Vətən müharibəsində dinindən, dilindən, əqidəsindən asılı olmayaraq, hər bir fərdin ərazi bütövlüyümüzün bərpasında fəal iştirak etməsi, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında yumruq kimi birləşməsi bu ideologiyanın qüdrətini bütün dünyaya göstərib. “Şuşa ili”ndə Dünya Azərbaycanlılarının V Qurultayının mədəniyyət paytaxtımız olan azad Şuşada keçirilməsi də siyasi əhəmiyyət kəsb etməklə yanaşı, həm də böyük rəmzi məna daşıyırdı. Adı tarixə Zəfər Qurultayı kimi düşən bu forum bir tərəfdən Azərbaycan xalqının sarsılmaz birliyinin təcəssümü, digər tərəfdən isə Vətənini və xalqını canından artıq sevən Ulu Öndər Heydər Əliyev şəxsiyyətinə milli ehtiramın ifadəsidir.
    Bu gün hər kəs Ulu Öndərin müəyyənləşdirdiyi siyаsi хətti Аzərbаycаn dövlətinin yеgаnə yаşаm vаriаntı kimi qаvrаyır və yахşı bilir ki, Hеydər Əliyеv siyаsi kursundаn kənаrdа Аzərbаycаn dövlətçiliyi yохdur. Müstəqil Аzərbаycаn cəmiyyətində inkişаfın bir hərəkətvеrici qüvvəsi vаr: bu – Hеydər Əliyеv idеyаlаrıdır. Hеydər Əliyеv yоlunа sаdiq оlаn хаlqımız özünün milli lidеrinin idеyаlаrını yаşаtdıqcа, Onun zəngin хəzinəsindən bəhrələndikcə dаim irəliyə gеdəcək, yаşаyаcаq və rifаhа qоvuşаcаqdır.

İlhamə MUSTAFAYEVA
Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin dekanı,
 tibb üzrə fəlsəfə doktoru, dosent

Nəşr edilib : 05.12.2023 17:49