AZ EN RU

Azərbaycan XİN Türkiyəyə başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyəyə başsağlığı verib.

Bu barədə nazirliyin X səhifəsində yazılıb.

“Pençe-Kilit antiterror əməliyyatı bölgəsində #Türkiyə hərbi qulluqçularının şəhid olması və yaralanması xəbəri bizi dərindən kədərləndirdi. Şəhid olmuş qəhrəman türk əsgərlərinə rəhmət diləyir, qardaş Türkiyəyə və şəhidlərimizin ailələrinə dərin hüznlə başsağlığı veririk”, - paylaşımda qeyd olunur.

Nəşr edilib : 13.01.2024 11:09