AZ EN RU

Azərbaycan XİN Nepala başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Nepala başsağlığı verib.

Bu barədə qurumun "X" hesabında paylaşım edilib.

"Nepalda onlarla insanın öldüyü və yaralandığı güclü zəlzələ xəbəri bizi dərindən kədərləndirdi.

Həlak olanların ailələrinə başsağlığı verir və yaralananlara tezliklə şəfa diləyirik. Bu çətin günlərdə Nepal xalqı və hökuməti ilə həmrəyik", - başsağlığında bildirilib.

Qeyd edək ki, ötən gecə Nepalda 6 maqnitudalı zəlzələ qeydə alınıb. Təbii fəlakət nəticəsində 128 nəfər həlak olub, mindən çox insan yaralanıb.

Nəşr edilib : 04.11.2023 14:21