AZ EN RU

Azərbaycan XİN İrandakı terror hücumunu pisləyib

"İranın Şiraz şəhərində günahsız insanların həyatına son qoyan terror aktını şiddətlə qınayırıq".

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X"də paylaşım edib.

"Azərbaycan terrorizmdən əziyyət çəkir və onun bütün formalarını və təzahürlərini pisləyir. Bu hücumda həlak olanların ailələrinə, İran hökumətinə və xalqına başsağlığı veririk", - paylaşımda bildirilib.

Nəşr edilib : 14.08.2023 14:30