AZ EN RU

Azərbaycan XİN: Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş “parlament seçkiləri”ni tanımırıq

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və 9 iyun 2024-cü il tarixində Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma “parlament seçkiləri”ni, həmçinin onların nəticələrini tanımır.
Bu barədə xarici siyasət idarəsinin bəyanatında bildirilib.

Nəşr edilib : 09.06.2024 15:21