AZ EN RU

Azərbaycan XİN Ermənistanın mina terroru ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın mina terroru ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib.

Bu barədə Azərbaycan XİN-in Füzulidəki mina partlayışı ilə bağlı "X" hesabında yaydığı paylaşımda qeyd olunub.

"Ermənistanın yerləşdirdiyi minalar azərbaycanlıları öldürməkdə və şikəst etməkdə davam edir. Bu gün 1 mülki şəxs həlak olub, 1 nəfər yaralanıb, qurbanların sayı 333-ə çatıb. Beynəlxalq ictimaiyyət bu təhlükəyə göz yummamalı və Ermənistanı mina sahələrinin dəqiq xəritələrini verməyə çağırmalıdır", - paylaşımda vurğulanıb.

Nəşr edilib : 13.10.2023 15:56