AZ EN RU

Azərbaycan XİN başçısı: "Qoşulmama Hərəkatının fəal iştirakçısı olmağa davam edəcəyik"

"Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən nazirlər görüşü təşkilata üzv olan bütün ölkələrin birliyini və əməkdaşlıq ruhunu nümayiş etdirib".

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşünün yekununda deyib.

Onun sözlərinə görə, bəşəriyyət hazırda böyük təhlükəsizlik problemləri ilə üz-üzədir və Qoşulmama Hərəkatı bu problemlərin aradan qaldırılmasında mühüm rol oynayır: "Azərbaycan bundan sonra da bu təşkilatın maraqları, sülh və inkişaf naminə səmərəli fəaliyyətini davam etdirəcək”.

Nəşr edilib : 06.07.2023 20:00