AZ EN RU

Azərbaycan XİN Anım Günü ilə bağlı paylaşım edib

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anım Günü ilə bağlı paylaşım edib.

Bu barədə Xarici İşlər Nazirliyinin tviter hesabında paylaşım edilib.

“27 sentyabr - Anım Günündə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən bütün Şəhidlərimizin əziz xatirəsini dərin hörmət, ehtiram və qürurla yad edirik”,-deyə paylaşımda qeyd olunub.

Nəşr edilib : 27.09.2022 10:19