AZ EN RU

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Niderland hakimiyyətinə çağırış edib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Niderland hakimiyyətinə çağırış edib.
Bununla bağlı XİN sosial şəbəkə hesablarında paylaşım edib.
"Tanınmış iqlim fəalı Qreta Tunberqin Haaqada dinc nümayiş zamanı saxlanılmasından narahatıq. COP29-un sədri kimi biz Niderland hakimiyyətini iqlim etirazçılarının ifadə azadlığına hörmət etməyə və saxlanılanları azad etməyə çağırırıq", - paylaşımda deyilir.

Nəşr edilib : 07.04.2024 00:09