AZ EN RU

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə keçiriləcək “Dahilik zirvəsi” esse müsabiqəsinin elanı

    “Şərqqapısı” qəzeti redaksiyası, Naxçıvan Dövlət Universiteti və Naxçıvan Mətbuat Şurası  Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə tələbələr arasında “Dahilik zirvəsi” mövzusunda esse müsabiqəsi elan edir.
Müsabiqənin keçirilməsində məqsəd
    Müsabiqənin keçirilməsində məqsəd dahi şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevin şərəfli və mənali ömür yolu, müstəqil Azərbaycanın qurucusu və inkişafındakı misilsiz xidmətlərin tələbə gəncliyin təqdimatında geniş oxucu kütləsinə çatdırmaqdan, xüsulə tələbə jurnalistləri bu sahədə kyaradıcılıq fəaliyyətinə dəstək verməkdən ibarətdir.
Müsabiqədə iştirak
    Muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri  müsabiqədə iştirak edəbilərlər.
Qiymətləndirmə meyarları
    - mövzunun ictimai-siyasi ideya yeniliyi və əhəmiyyətliliyi
    - yaradıcı yanaşma, dil və üslub xüsusiyyətləri, işlərin bədii səviyyəsi və keyfiyyəti;
    - mövzunun əhatə olunması, araşdırma və əsaslandırma;
    - materialın informasiyalılıq səviyyəsi; 
Müsabiqə materiallarına qoyulan tələblər
    Müsabiqəyə təqdim olunan yazılar “Şərq qapısı”, şəhər və rayon qəzetlərinin birində dərc edilməli, yaxud “Nuhçıxan” İnformasiya Agentliyindəvə ya digər rəsmi qeydiyyatdan keçmiş internet media resurslarında yerləşdirilməlidir.
    Hər jurnalist yalnız bir istiqamət üzrə müsabiqəyə material təqdim edəbilər.
    Müsabiqə materiallarında “müsabiqəsinə təqdim edilir” qeydi göstərilməlidir.
Mükafatlandırma
    Esse müsabiqəsinə təqdi olunan materiallar 3 I, 3 III və 3 nəfər həvəsləndirici yerləri tutmuş müəlliflər təşkilatçılar tətərfindən müvafiq diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.
Müsabiqə materiallarının qəbul qaydaları
    1. Yazının dərc olunduğu mətbuatorqanının (qəzet, jurnal) nömrəsivə elektron variantı (CD diskdə) - 1 nüsxə
    3. İnformasiya agentliklərində və internet media resurslarında verilən yazıların çap (A4 kağızda) və elektron variantı (CD diskdə) – 1 nüsxə
    4. Şəxsiyyət vəsiqəsinin surəti
    Müsabiqə materialları 11 aprel 2023-cü il tarixdən 06 may 2023-cü il tarixəqədər rəsmi iş günləri saat 1000-dan 1800-dək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin orqanı “Şərq qapısı” qəzetinin redaksiyasına şəxsən təqdim olunmalıdır. 

Ünvan: Naxçıvanşəhəri, “Təbriz” küçəsi 14
 “Şərqqapısı” qəzetinin redaksiyası
Əlaqətelefonu  (036) 544-52-52

Nəşr edilib : 10.04.2023 22:15