AZ EN RU

Azərbaycan və Türkiyə xarici işlər nazirləri arasında telefon danışığı olub

Yanvarın 31-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə xarici işlər naziri Mövlüd Çavuşoğlu arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, telefon danışığı zamanı nazirlər ikitərəfli əməkdaşlıq münasibətlərini müzakirə ediblər.

Eyni zamanda, regiondakı cari vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

Nəşr edilib : 31.01.2022 15:28