AZ EN RU

Azərbaycan və Türkiyə hərbçiləri sualtı hücum və müdafiə üzrə birgə təlimlər keçirir

Türkiyədə Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri birgə təlim keçirir.

Bunu Türkiyə Milli Müdafiə Nazirliyinin media və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Zeki Aktürk həftəlik brifinqdə deyib.

Bildirilib ki, təlimdə sualtı hücum və müdafiə bölmələri iştirak edir.

Qeyd olunub ki, manevrlər sentyabrın 8-də başlayıb, sabah, ayın 15-də başa çatacaq.

Nəşr edilib : 14.09.2023 14:41